31 may 2022-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,933 min min ədəd bankomat quraşdırılıb ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 0,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Mayın sonuna Bakıda 1 555 ədəd (azalma 0,4%), bölgələrdə 1 378 min ədəd (artım 2,3%) bankomat quraşdırılıb.
Respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 68,588 min ədəd təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricisindən 12,6% çoxdur.
Bununla yanaşı, Bakıda 46,345 min ədəd (artım 14,2%), regionlarda 22,243 min ədəd (artım 9,2%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 66,991 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,7%-i quraşdırılıb.**
X.Nəsirzadə