Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərin yüksək səviyyədə inkişafından məmnuluq ifadə edib.
“Siyasi münasibətlərin, ali səviyyədə daimi dialoqun, bu il yaxşı dinamika nümayiş etdirən ticari-iqtisadi əlaqələrin, nəqliyyat, energetika sahələrində, təbii ki, humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumu bir daha bildirmək istərdim. Yəni, bizdə sıx qarşılıqlı fəaliyyətin olmadığı sahələri göstərmək daha asandır”, - Əliyev cümə axşamı Rusiya XİN başçısı Sergey Lavrovu qəbul edərkən.
2022-ci ilin əvvəlində Azərbaycanla RF arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması ikitərəfli əlaqələrə müsbət təkan verib.
«Bu ilin əvvəlində Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı start, belə müsbət ahəng, dinamika verdi. Hesab edirəm ki, bizim münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik, çox səmərəli əməkdaşlığın gözəl yekunudur”, - Əliyev vurğulayıb.
Azərbaycan lideri bu Bəyannamənin müddəalarının implementasiyası məsələsində rusiyalı nazirin səfəri çərçivəsində bu istiqamətdə yeni addımların atılmasına əminlik ifadə edib.
“Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək”, - Əliyev vurğulayıb. **
X.Nəsirzadə