Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 24-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyunun 24-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7918 manat/1EUR səviyyəsində (iyunun 23-nə 1,7965 manat/1EUR) müəyyən edilib.
AMB iyunun 24-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0311 manat/1RUB səviyyəsində (iyunun 23-nə 0,0315 manat/1RUB) müəyyən edib.
İyunun 24-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0,0979 manat/1TRY səviyyəsində (iyunun 23-nə 0,098 manat/1TRY) müəyyən edilib.*
X.Nəsirzadə