Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində“MİDA” MMC Füzuli şəhərində 8,9 ha torpaq sahəsində yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edir.
Söhbət 7, 8, 9, 10, 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisindən gedir.
İştirak haqqı 1,2 min manatdır.
Telefon: (+99412) 594-54-01, daxili 239, əlaqələndirici şəxs – Vüqar Əliyev.
Tenderdə iştirak etmək üçün podratçının son 3 il (2019-2021) ərzində İstismara Qəbul Dövlət Aktı əsasında təhvil verdiyi çoxmənzilli yaşayış binalarında mənzillərin ümumi sahəsi azı 15min m2 təşkil etməli, tikinti-quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 milyon manat olmalıdır.
İddiaçılar öz tender təkliflərini 10 avqust saat 17:00-dək təqdim etməlidirlər. Tender təklifi zərfləri 11 avqust saat 15:00-da açılacaq.*
N.Abbasova