“Bank BTB” ASC iyunun 28-də 3 milyon manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır. Bu barədə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
“23 iyun 2022-ci il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə “Bank BTB” ASC-nin ümumi dəyəri 3 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib”, - deyə məlumatda bildirilir.
Emissiya hər birinin nominal dəyəri 1000 manat olan 3 min ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 6 il, illik gəlirlilik 9%dir (faiz ödənişləri hər 2 aydan bir həyata keçiriləcək)
Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İnvestisiya Şirkəti” QSC-dir.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
X.Nəsirzadə
·