“Azərbaycan İnvestisiya Şirkəti” ASC əməkdaşlarının könüllü tibbi sığortası (KTS) üçün sığortaçı seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim kotirovka sorğusu üsulu ilə aparılır.
Sığorta şirkətləri təkliflərini 13 iyul saat 12:00-dək təqdim edə bilərlər. Təkliflər 14 iyul saat 12:00-da açılacaq.
Sorğuda iştirak haqqı 100 manatdır.
KTS AİŞ-in 37 əməkdaşını əhatə etməlidir.
Hazırda AİŞ əməkdaşlarına könüllü tibbi sığorta xidməti “PAŞA Sığorta” şirkəti tərəfindən göstərilir.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 milyon manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.*
R.Əhmədov