Azərbaycan və Qətər hava gəmilərini artıq dördüncü gündür ki, Marmaris kurort şəhəri yaxınlığında güclü meşə yanğını ilə mübarizə aparan Türkiyəyə göndəriblər. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Türkiyənin meşə təsərrüfatı naziri Vahit Kirşiçinin sözlərinə görə, güclü külək yanğını lokallaşdırmağa mane olur.
Xəbər verildiyi kimi, Qətər yanğının söndürülməsi üçün Türkiyəyə üç helikopter, Azərbaycan isə bir təyyarə göndərməyi təklif edib.*