Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərində yaşayış binalarının tikintisi üçün podratçı seçib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, bu məqsədlə elan olunmuş iki tenderin qalibi “CONCO” QSC olub.
Şirkət Şuşa şəhərinin cənub yaşayış zonasında yeraltı avtodayanacağa malik üç 2 bloklu və dörd 1 bloklu yaşayış binası inşa edəcək. Birinci tenderin dəyəri 7 milyon 5 min 355.69 manat, ikinci tenderin dəyəri 7 milyon 682 min 144.37 manatdır.
Xəbər verildiyi kimi, Şuşada inşa olunacaq 6 bloklu ilk yaşayış kompleksi 24 binadan ibarət olacaq. Yaşayış kompleksinin tikintisi üçün 8 hektar torpaq sahəsi ayrılıb.*
R.Əhmədov