Bu gün Azərbaycan və Rusiya arasında təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət haqqında saziş imzalanıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Bu sənəd kiberməkanda təhlükəsizliklə bağlıdır”, - deyə o, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
Öz növbəsində, C.Bayramov əlavə edib ki, 30 illik əməkdaşlıq dövründə tərəflər arasında 250-yə yaxın sənəd və saziş imzalanıb.
Bayramov və Lavrov danışıqlarda iqtisadi əməkdaşlıq, Xəzər dənizi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Azərbaycan və RF-nin media qurumları arasında əməkdaşlıq məsələlərini müzakirə etdiklərini vurğulayıblar.*
X.Nəsirzadə