Avropa İttifaqı NATO ilə birlikdə Rusiya ilə mübarizə və ümumiyyətlə, müharibə aparmaq üçün koalisiya toplayır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Avropa İttifaqının indiki rusofob ittihamının yaxın ya da uzunmüddətli perspektivdə hansısa şəkildə dağılacağına və ya dəyişəcəyinə dair illüziyamız azdır. Lakin bu, avropalıların seçdiyi yoldur. Təəssüf ki, bu yol İkinci Dünya müharibəsi başlayanda Hitlerin Sovet İttifaqına qarşı müharibəyə Avropa ölkələrinin çoxu olmasa da, əhəmiyyətli bir hissəsini öz bayrağı altında topladığını xatırladır”, - deyə o, bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
“İndi Avropa İttifaqı NATO ilə birlikdə Rusiya Federasiyasına qarşı mübarizə və ümumiyyətlə, müharibə aparmaq üçün bu cür müasir koalisiya toplayır. Bütün bunları çox diqqətlə izləyəcəyik”, - deyə Lavrov qeyd edib.*