Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, İrəvan Bakı ilə sülh müqaviləsi üzə məsləhətləşmələrə hazırdır.
“Biz Azərbaycana xarici işlər nazirləri arasında məsləhətləşmələrə başlamaq təklifini təqdim etsək də, indiyədək cavab almamışıq. Ermənistan sülh sazişi ətrafında məsləhətləşmələrə mümkün qədər tez başlamağa hazır olduğunu təsdiq edir”, - deyə Mirzoyan “Azadlıq” radiostansiyasının Ermənistan xidmətinə müsahibəsində bildirib.
“Biz, həmçinin bəyan etmişik ki, Azərbaycanın gələcək sülh sazişinə dair təkliflərində bizim üçün qəbuledilməz heç nə yoxdur”, - deyə o vurğulayıb.*