Azərbaycanın baş prokuroru Kamran Əliyev Belarusa işgüzar səfəri zamanı rusiyalı həmkarı İqor Krasnovla görüşüb. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
“Azərbaycan və Rusiya prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan K.Əliyev bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb”, - deyə məlumatda bildirlir.
Həmçinin cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb.*