İyunun 24-də xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Bu barədə XİN-in məlumatında deyilir.
Nazir Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli təmaslar daxil olmaqla, ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişafını qeyd edib və bu münasibətlərin müxtəlif sahələrdə daha da inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb”, - deyə məlumatda bildirilir.
Səfir ölkələrimiz arasında sadəcə dostluq və strateji əməkdaşlıq deyil, Türk Dövlətləri Təşkilatında iştirak ilə qardaşlıq münasibətlərinin də olduğunu məmnunluqla bildirib.
“Tərəflər iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar, o cümlədən təhsil, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.*