Yaxın vaxtlarda kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaqda maraqlı olan BƏƏ investorları Azərbaycana səfər edəcəklər. İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ-nin Əbu-Dabi İnkişaf Holdinqinin (ADQ) baş icraçı direktoru Məhəmməd Həsən Alsuvaidi ilə görüşü zamanı müvafiqrazılıq əldə edilib.
“Tərəflər neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşuna dair fikir mübadiləsi aparıblar, o cümlədən, kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaqda maraqlı olan BƏƏ investorlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfəri barədə razılığa gəliblər”, - məlumatda deyilir. **
R.Kərimov