Cari il iyunun 27-dən 29-dək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm Nazirləri Konfransının 11-ci sessiyası keçiriləcək. Bu barədə şənbə günü İƏT Twitter hesabında məlumat verib.
“Azərbaycan Respubikası 2022-ci il iyunun 27-dən 29-dək İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirləri “Turizmin inkişafında yerli icmaların rolu” mövzusunda 11-ci sessiyasını keçirəcək”, - “İnterfaks-Azərbaycan” agentliyi İƏT-in tvitindən qeydər gətirir.
Tədbirin 2020-ci ilin yayında Azərbaycanda keçirilməsi planlaşdırılırdı, lakin COVİD-19 pandemiyasi səbəbindən təxirə salınmışdı. **
R.Kərimov