Avropa İttifaqında 12 dövlət tam və ya qismən Rusiyadan idxal olunan qazsız qalıb, son həftələr Moskvanın rəftarı riskləri mühüm dərəcədə gərginləşdirib. Bu barədə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson məlumat verib.
“Ötən payızın əvvəlindən etibarən vəziyyət artıq gərgindir, lakin son həftələr ərzində Rusiyanın rəftarı riskləri mühüm dərəcədə artırıb”, - Simson şənbə günü Estoniyanın “Postimees” nəşrinə bildirib.
O məlumat verib ki, “bu günə Aİ-nin 12 üzv dövləti Rusiya qazından qismən və ya tam kəsilib”. “İlin əvvəlində Aİ-nin hazırlanmış böhran planı hər saat lazım ola bilər və üzv dövlətlər özlərinin dövlət planlarının tətbiqinə hazır olmalıdırlar”, - Simson bildirib.
O deyib ki, ötən həftə Aİ İsrail və Misir ilə qaz tədarükünün artırılmasına dair razılıqlar əldə edib, Norveç ilə əməkdaşlıq dərinləşib, Azərbaycanla danışıqlar finiş xəttindədir. **