Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Azərbaycan Silahlı Qüvvələrinin 100-dən artıq hərbi quluqçusunun orden və medallarla təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında iki sərəncam imzalayıb.
Sənədlərin mətnləri dövlət başçısının saytında dərc olunub.
Sərəncamların birində qeyd edilir ki, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilirlər.
106 nəfər orden və medallarla, onlardan 83 nəfər isə ölümündən sonra təltif olunub.
Digər sərəncama əsasən, Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. **
R.Kərimov