Azərbaycanda koronavirus infeksiyasına 34 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 793 min 140-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 17 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, son sutka ərzində yoluxma hallarının sayı 2 dəfə artıb.
Gün ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (dünən 1 nəfər vəfat edib).
Ölənlərin ümumi sayı 9 min 717 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 267 nəfər (sutka ərzində +27) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 156 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 371 (ötən gün 1 min 928 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 952 min 119 test aparılıb.**
R.Kərimov