Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirləri Bakıda keçiriləcək ilk üçtərəfli görüş zamanı üçtərəfli və regional əməkdaşlığın möhkəmlənməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı potensialı məsələlərini nəzərdən keçirəcəklər. Bu barədə bazar günü Türkiyə XİN-dən məlumat verilib.
“Nazirlər görüş zamanı üçtərəfli və regional əməkdaşlığın möhkəmlənməsi, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı potensialı məsələlərini müzakirə edəcəklər”, - Türkiyə XİN-in məlumatında deyilir.
Qeyd olunur ki, bu görüşdə iştirak məqsədilə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bazar ertəsi Bakıya səfər edəcək. **
R.Kərimov