Azərbaycanda koronavirus infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 793 min 164-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 34 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, Azərbaycanda gündəlik yoluxma halları təxminən 29,4% azalıb.
Adıcıl iki gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 9 min 717 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 292 nəfər (sutka ərzində +25) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 155 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 345 (ötən gün 2 min 371 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 954 min 464 test aparılıb.**
R.Kərimov