İndiyədək istehkamçılar 21 min hektara yaxın işğaldan azad edilmiş ərazini minalardan təmizləyiblər. Bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bəyan edib.
“Mühəndis bölmələrinin şəxsi heyəti işğaldan azad olunmuş rayonlarımızda bu günədək ümumilikdə 21 min hektara yaxın ərazini minalardan və partlamamış hərbi sursatlardan təmizləyib”, - Həsənov AZƏRTAC informasiya agentliyinə müsahibəsində bildirib.
Nazir əlavə edib ki, ərazilərin təmizlənməsi zamanı 9 min 464 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 6 min 126, tank əleyhinə 2 min 172 mina, ümumilikdə 18 min ədədə yaxın hərbi sursat aşkarlanaraq məhv edilib. **
R.Kərimov