Azərbaycan, Türkiyə və Qazaxıstan Xarici İşlər və Nəqliyyat nazirlikləri arasında yeni əməkdaşlıq formatı Avropa və Asiya arasında nəqliyyat-kommunikasiya əlaqələrini inkişaf etdirəcək. Bunu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin yeni görüş formatı Avropa və Asiya arasında nəqliyyat kommunikasiyalarının yaxşılaşdırılmasına xidmət edəcək”, - deyə C.Bayramov bildirib.
XİN rəhbəri hesab edir ki, bu format çox effektiv olacaq, ölkələr arasında münasibətlərin möhkəmlənməsinə və regionda təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.*
X.Nəsirzadə