Türkiyədə “Eternity-2022” təliminin ilk planlama iclası keçirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“17-28 oktyabr tarixlərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” təlimi keçiriləcək. İyunun 27-də Türkiyədə təlimin ilk planlama iclası baş tutub. İclasa 3 ölkənin Müdafiə nazirliklərinin nümayəndələri qatılıb”, - deyə məlumatda bildirilir.*
N.Abbasova