Azərbaycanda koronavirus infeksiyasına 12 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 793 min 176-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 24 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl üç gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 717 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 298 nəfər (sutka ərzində +6) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 161 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 541 (ötən gün 2 min 345 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 956 min 005 test aparılıb.*
N.Abbasova