Rusiya prezidenti Vladimir Putin Aşqabadda 6-cı Xəzər Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Putin iyunun 29-da Aşqabadda Xəzər Sammitində iştirak edəcək. Həmin gün Türkmənistanın eks-prezidenti Qurbanqulu Berdiməhəmmədovun 65 illik yubileyi qeyd olunacaq. “Putin Türkmənistan parlamentinin yuxarı palatasının spikeri ilə xüsusi görüş keçirəcək və onu şəxsən təbrik edəcək”, - deyə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu gün Moskvada keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, RF prezidenti, həmçinin Türkmənistanın hazırkı prezidenti Sərdar Berdiməhəmmədovla ikitərəfli görüş keçirəcək. “Onunla qısa söhbət olacaq, daha sonra altıncı Xəzər Sammitində iştirak nəzərdə tutulur. Sammit başa çatdıqdan sonra prezidentimiz Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti İbrahim Rəisi ilə ikitərəfli görüş keçirəcək”, - deyə Y.Uşakov qeyd edib.*