“Boston Consulting Group” (BGC) şirkəti Xəzər regionunda fəaliyyətinin genişləndirilməsi çərçivəsində Bakı şəhərində yeni ofis açdığını elan edib.
“İnterfaks-Azərbaycan” agentliyi şirkətin press-relizinə istinadən məlumat verir ki, Bakıda ofisin açılması “Azərbaycandakı müştəri və tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə imkan verəcək”.
BCG Azərbaycan iqtisadiyyatının bütün sahələrində fəaliyyət göstərən şirkətlərlə işləyir. Energetika, inşaat, sənaye istehsalı, telekommunikasiya, habelə bank sektoru müəssisələri üçün icra olunmuş layihələr arasında hər bir müştərinin özəlliklərinə uyğunlaşdırılmış biznesin transformasiyasına dair kompleks strategiyaların, o cümlədən rəqəmsal və ESG strategiyalarının formalaşdırılmasına, əməliyyat səmərəliliyinin təkmilləşdirilməsinə və bir sıra digər məsələlərə yönəlmiş layihələr olub.
“Bakıda yeni ofis açmaqla müştərilərimizə, BCG-nin Azərbaycanda uzun-müddətli inkişaf strategiyasına sadiqliyimizi bir daha təsdiqləmiş oluruq. Mürəkkəb və sürətlə dəyişən bazar şəraitində Azərbaycanın təbii sərvətlərlə zənginliyi və iqtisadi artımın hədəfləməsi uzun-müddətli rəqabət üstünlüyünün təmin edilməsi ilə yanaşı qlobal enerji təhlükəsizliyi üçün etibarlı sabitləşdirici amil qismində çıxış edirlər. Üstəlik, ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən Azərbaycanın yanacaq-enerji kompleksi bir sıra unikal üstünlüklərlə səciyyələnir”, - şirkətin məlumatında BCG-nin Bakı ofisinin rəhbəri, BCG-nin İdarəedici Direktoru və Böyük Ortağı, EMCregionunda energetika istiqaməti üzrə rəhbərKirill Tuişevin sözlərinə istinadənqeyd edilir ki, coğrafi yerləşməsi, resurslarının keyfiyyəti və hasilatının karbon effektivliyi sayəsində Azərbaycan, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrlə bir cərgədə dünya energetikasında liderlik mövqeyini tutur.
“Bu fürsət pəncərəsindən maksimal dərəcədə faydalanmaq olduqca vacibdir. Bundan əlavə, sürətli texnoloji inkişaf, qloballaşma və qlobal ESG-iqtisadiyyatında iştirak etmək məcburiyyəti kimi qlobal çağırışların yaşandığı bir dönəmdə BCG, bu mövzular üzrə aparıcı məsləhətçi olaraq, Azərbaycanın xüsusiyyətlərinə uyğunlaşdırılmış ən müasir həlləri və qabaqcıl təcrübələri təqdim edə bilər. Biz həmçinin güclü, dinamik yerli kadr bazasının yaradılmasına töhfəmizi verəcəyik. Hal-hazırda Bakıdakı komandamıza – konsaltinq, inzibatçılıq bölmələrinə - qatılacaq ixtisaslı kadrların fəal axtarışındayıq. Sonra isə, hər bir əməkdaşımızın karyera irəliləyişi boyu zəruri təlim və mentorluqla təmin olunmasına sərmayələrimizi əsirgəməyəcəyik”, - Tuişev vurğulayıb.
1963-cü ildə təsis edildiyi dönəmdə BCG şirkəti biznes strategiyası sahəsində öncüllərdən biri idi. Bu gün dünyanın 50-dən çox ölkəsində BCG-nin 90-dan çox ofisi fəaliyyət göstərir. **
A.Əzizov