Azərbaycan hökuməti turizm industriyasının tezliklə bərpasına və turizm axınının artımına ümid edir. Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bəyan edib.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, Nağıyev çərşənbə axşamı Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin turizm nazirlərinin 11-ci sessiyası zamanı bildirib ki, Azərbaycanı turizm industriyası COVİD-19-dan sonra bərpa olur.
“Cari ilin 5 ayı ərzində Azərbacana səfər edən əcnəbilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 180% artıb. Biz yaxın aylarda turizm industriyasının tezliklə bərpasına və turizm axınının artımına ümid edirik”, - o qeyd edib.
Nağıyevin sözlərinə görə, İƏT ölkələrinin turizm nazirlərinin iclasında “hansı istiqamətdə irəliləməyi (turizm sahəsində - İF)” müzakirə etmək lazımdır. “Biz müştərək layihələrlə pandemiya səbəbindən itkiləri kompensasiya edə bilərik”, - o əlavə edib. **
E.Şəfiyev