“Bakı Metropoliteni” QSC 2021-ci il üzrə maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BHMS) uyğun auditinin aparılması ilə bağlı tenderin nəticələrini elan edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, müvafiq tenderin qalibi «Deloitte & Touche» MMC elan edilib, şirkət ilə auditin aparılmasına dair müqavilə bağllanıb.
Müqavilənin dəyəri - 219 min 999,2 manatdır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.**
R.Əhmədov