“Azərişıq” ASC Kəlbəcər rayonu Alagöllər yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunmasına 4 milyon 928,215 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, “ENERJI CONSTRUCTION” MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılmasını nəzərdə tutur. **
B.Rüstəmbəyov