Azərbaycan 2022-ci ilin yayında əsasən Asiya ölkələrindən turist axını gözləyir. Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bəyan edib.
“Yay aylarında ölkəmizə səfər edən turistlərin əksəriiyyətini İsrail, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Hindistan və Pakistan vətəndaşları təşkil edəcək. Bu, həmin ölkələrlə aviareyslərin sayının artımı ilə əlaqədardır”, - Naöıyev bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, payızda Azərbaycan Avropa ölkələrindən turistlərin cəb edlməsi üzrə fəal marketinq kampaniya keçirməyi planlaşdırır. **
E.Şəfiyev