Yanvar-may aylarında Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən sahibkarlara 43,7 milyon manat məbləğində güzəştli kredit verilib.
“Həmçinin, Fond tərəfindən güzəştli kreditlər 1226 investisiya layihəsi üzrə verilib”, - “İnterfaks-Azərbaycan”a Fonddan məlumat verilib.
2021-ci ilin analoji dövrü ilə müqayisədə, Fond tərəfindən güzəştli kreditləşmənin həcmi 75,5%, maliyyələşdirilən layihələrin sayı - 3,7 dəfə artıb.
Kreditlərin 97,1%-i ASK məhsullarının istehsalını nəzərdə tutan layihələrə, 1,8%-i sənaye məhsulları və emal üçün, 0,3%-i – logistika üçün, 0,8%-i – digər sahələrdə layihələrə verilib.
Krdeitlərin ümumi məbləğindən 72,7%- ASK, 7,6% - sənaye, 15,6% - logistika, 4,1%-i – dəigər sahələrə yönəldilib. **
B.Rüstəmbəyov