Çərşənbə axşamı “Finca Azerbaycan” BOKT 3 milyon manat məbləğində istiqrazlar yerləşdirib.
“İnterfaks-Azərbaycan”a Bakı Fond Birjasından məlumat verilib ki, hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilib.
Hərracın yekunlarına dair istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 milyon manat təşkil edib.
Beləliklə, 2021-2022-ci illərdə “Finca Azerbaycan” 9 milyon manat məbləğində istiqrazlar yerləşdirib.
Xəbər verildiyi kimi, “Finca Azerbaycan” 10 milyon manat məbləğində istiqrazların 3 tranş ilə yerləşdirilməsini planlaşdırır: birinci və ikinci tranşlar hər bir 3 milyon manat, üçüncü – 4 milyon manat təşkil edəcək.
Emissiya bir qiymətli kağız üçün nominalı 100 manat olan 100 min istiqraza bölünüb. İstiqrazların tədavül müddəti- 24 ay, illik faiz dərəcəsi - 12.5 %, faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.
1999-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınmış “Finca Azerbaycan” BOKT riteyl və mikrokredit bazarında əməliyyatlar həyata keçirir. Təşkilatın nizamnamə kapitalı 3 milyon 756,572 min manata bərabərdir, yeganə təsisçisi “Finca Microfinance Cooperatief U.A.” şirkətidir (Niderland). 2021-ci ilin sonuna BOKT-un aktivləri 35,87 milyon manat, kapitalı 15,44 milyon manat, öhdəlikləri – 20,4 milyon manat məbləğində qiymətləndirilir. 2021-ci ilin yekunları üzrə BOKT-un mənfəəti 2,6 milyon manat təşkil edib.**
X.Nəsirzadə