Azərbaycanda koronavirus infeksiyasına 12 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 793 min 188-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün də 12 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl 4 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 9 min 717 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 316 nəfər (sutka ərzində +18) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 155 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 849 (ötən gün 1 min 541 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 957 min 854 test aparılıb.**