İyunun 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Görüşdə iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensiala malik olduğu qeyd olunub”, - deyə məlumatda bildirilir.
Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.*
E.Şəfiyev