Prezident İlham Əliyev bəyan edib ki, Zəngəzur dəhlizi Qarabağ münaqişəsi başa çatdıqdan sonra həyata keçirilən genişmiqyaslı işlər nəzərə alınmaqla artıq reallığa çevrilir.
“Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir”, - deyə İ.Əliyev bu gün Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bildirib.*