Qazaxıstan Xəzəryanı ölkələrə minimum xərclərlə qarşılıqlı ticarət dövriyyəsini artırmağa imkan verəcək Xəzəryanı ərzaq qovşağının yaradılmasını təklif edir. Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
“Regionda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi xüsusi aktuallıq kəsb edir. Ötən il Qazaxıstanın Xəzəryanı ölkələrlə qarşılıqlı ərzaq ticarətinin həcmi təxminən $3,4 milyard təşkil edib. Dövlətlərimizin ticarət əməkdaşlığının möhkəmlənməsi üçün müasir logistika infrastrukturunu ardıcıl inkişaf etdirmək lazımdır. Ona görə də biz minimum xərclərlə qarşılıqlı ticarət dövriyyəsini artırmağa imkan verəcək Xəzəryanı ərzaq qovşağının yaradılmasını təklif edirik”, - deyə o, bu gün Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bildirib.
Tokayev qeyd edib ki, Qazaxıstanda müasir paylaşdırma mərkəzlərinin tikintisi başlayıb. “Bu mərkəzlərin Xəzəryanı ərzaq qovşağı ilə inteqrasiyası fermerlər, tədarükçülər, daşıyıcılar, satıcı və istehlakçılar üçün yeni imkanlar yarada bilər”, - deyə Qazaxıstan lideri vurğulayıb.*