Azərbaycanda koronavirus infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 793 min 224-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 12 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl beş gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 717 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 343 nəfər (sutka ərzində +27) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 164 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 174 (ötən gün 1 min 849 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 961 min 28 test aparılıb.*
B.Rüstəmbəyov