Rusiya vahid Xəzər dənizi bazasında iri beynəlxalq logistika qovşağının yaradılması üçün əlavə səylər göstərməlidir. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Regionun nəqliyyat-logistika arxitekturasının yaxşılaşdırılması üçün çox iş görülməlidir. İlk növbədə, söhbət “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qurulmasından gedir”, - deyə o, VI Xəzər Sammitində çıxışı zamanı bildirib.
RF prezidenti qeyd edib ki, Xəzəryanı dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında ötən il qüvvəyə minmiş və Xəzər dənizinin iri beynəlxalq logistika qovşağına çevrilməsini nəzərdə tutan saziş bu dəhlizin tezliklə işə salınmasına kömək edəcək.
“Bu istiqamətin Qazaxıstanda, Azərbaycanda necə fəal inkişaf etdiyini görürəm, Rusiya tərəfi də bu istiqamətdə səylər göstərməlidir”, - deyə Putin bildirib.*