Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 29-da Aşqabadda ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
İ.Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün bu gün Türkmənistana səfərə gəlib.
“Həmsöhbətlər dövlətlərarası dialoqun perspektivləri barədə fikir mübadiləsi aparıblar, müxtəlif istiqamətlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün çox böyük potensialın olduğunu məmnunluqla qeyd ediblər”, - deyə Türkmənistan Prezidentinin saytında dərc olunmuş məlumatda bildirilir.
Bu kontekstdə Əliyev və Berdiməhəmmədov ticari-iqtisadi sahəni, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, kənd təsərrüfatı sektorlarını, toxuculuq, kimya sənayesi və digər sahələri ikitərəfli münasibətlərin prioritet istiqamətləri kimi müəyyən ediblər.*
E.Şəfiyev