Milli Məclisin bu gün keçirilən plenar iclasında İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinə dəyişikliklər layihəsi sonuncu, üçüncü oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, sənədə əsasən, cari il üçün fondun gəlir və xərcləri 0,6% - 181 milyon 375,536 min manata qədər artırılıb.
İşsizlikdən sığorta üzrə sığorta haqları 5,1% - 143 milyon 342,2 min manata qədər artırılıb.
Fondun gəlirlərinin strukturunda qeyri-büdcə sektoru üzrə daxilolmalar 9,8% - 102,1 milyon manata qədər (bütün gəlirlərin 56,3%-i) artırılıb, 2021-ci ilin sonuna fondun istifadə olunmamış vəsaiti 13,5% - 37 milyon 983,336 min manata qədər azaldılıb.
Qalan daxilolmalar sair gəlirlər üzrə proqnozlaşdırılır.*
X.Nəsirzadə