Xəzəryanı ölkələrin dövlət başçılarının VII Zirvə Toplantısı İranda keçiriləcək. Bu barədə Xəzəryanı ölkələrin dövlət başçılarının iyunun 29-da Aşqabadda keçirilən VI Sammitinin yekunları üzrə qəbul olunmuş kommunikedə deyilir.
Xəzəryanı ölkələrin dövlət başçılarının VII Zirvə Toplantısı razılaşdırılan tarixdə İran İslam Respublikasında keçiriləcək”, - deyə Qazaxıstan Prezidentinin mətbuat xidmətinin yaydığı sənədin mətnində bildirilir.*