Rusiya prezidenti Vladimir Putin ölkənin baş naziri Mixail Mişustinin Bakıya səfərinin hazırlanması barədə məlumat verib.
“Bizim xarici işlər naziri bu yaxınlarda Bakıda olub. Vaxtınızı ayırıb onu qəbul etdiyiniz üçün təşəkkür edirəm. Baş nazirimizin və Dövlət Dumasının sədrinin səfəri hazırlanır”, - deyə Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.*