Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 30-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyunun 30-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7771 manat/1EUR səviyyəsində (iyunun 29-na 1,7863 manat/1EUR) müəyyən edilib.
AMB iyunun 30-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0321 manat/1RUB səviyyəsində (iyunun 29-na 0,0317 manat/1RUB) müəyyən edib.
İyunun 30-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0,1023 manat/1TRY səviyyəsində (iyunun 29-na 0,1022 manat/1TRY) müəyyən edilib.**
B.Rüstəmbəyov