RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bəyan edib ki, Volqoqrad istehsalçılarının məhsullarına Azərbaycanda tələbat var.
“İnterfaks-Azərbaycan” agentliyi Rusiya KİV-ə istinadən məlumat verir ki, hazırda Azərbaycanda 60 Volqoqrad şirkəti fəaliyyət göstərir. 2021-ci ildə Azərbaycanla Volqoqrad vilayəti arasında xarici ticarət dövriyyəsi $39 milyon təşkil edib.
“Hazırda Azərbacan fəal sürətdə inkişaf edir, yeni təxnologiyalar tətbiq olunur, bununla əlaqədar Azərbaycanda müxtəlif sərgi tədbirləri keçirilir v Volqoqrad vilayəti bu meydançalarda ənənəvi olaraq çıxış edir. Volqoqrad işirkətlərinin məhsullarına Azərbaycan biznesində böyük tələbat var. Bu düzgün yoldur, çünki Azərbaycanda işləmək üçün burada fiziki cəhətdən iştirak etmək lazımdır. Bu ölkə ilə əyani ünsiyyətdən daha səmərəli fəaliyyət mexanizmi yoxdur. Buna görə Volqoqrad biznesini gözləyirik, buradakı potensila barədə məlumatımız var. Volqoqrad geniş məhsul spektrinə malikdir – boru kəmərləri, maşınqayırma, kimya, neft-kimya, bunların hamısına Azərbaycana tələbat olacaq”, - Mirsayapov bildirib.
O, həmçinin regional İxraca Dəstək Mərkəzinin səmərəli fəaliyyətini qeyd edib və gələcəkdə bu struktur ilə qarşılıqlı fəaliyyət arzusunu ifadə edib, çünki Azərbaycanla əməkdaşlıq edən Rusiya şirkətlərinin əksər hissəsi kiçik və orta sahibkarlıq subyektlərinə aiddir. **
R.Əhmədov