Bakıda Azərbaycan-Özbəkistan qadın sahibkarlarının ilk biznes forumukeçirilib, tədbir çərçivəsində $54 milyon məbləğində 19 saziş imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyi Özbəkistan KİV-ə istinadən məlumat verir ki, forumda iqtisadiyyatın praaktiki olaraq bütün sahələrini, xüsusilə sənaye, xidmət sahəsi, kənd təsərrüfatı, sənətkarlığı əhatə edən Özbəkistanın qadın sahibkarlarından ibarət nümayəndə heyəti iştirak edib.
Həmçinin, forum çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Özbəkistanın Gender Bərabərliyi və Ailə Cəmiyyətində Qadınların Rolunun Artırılması üzrə Respublika Komissiyası yanında “Sahibkar Qadınlar Klubu”arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. **
X.Nəsirzadə