Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhərinin prospekt və küçələrində yol xətlənməsi işlərinə 7 milyon 235,065 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, BNA bu məqsədlə iki müqavilə bağlayıb.
5 milyon 677,250 min manat məbləğində birinci müqavilə "YOL XƏTT" MMC ilə bağlanıb.
1 milyon 557,815 min manat məbləğində ikinci müqavilə "1 №-Lİ XÜSUSİ TƏYİNATLI YOL İSTİSMARI"MMC ilə imzalanıb.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan Prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Prezident İlham Əliyev 2022-ci il fevralın 7-də “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, BNA publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. **
B.Rüstəmbəyov