2022-ci ilin avqust ayında OPEC+ sazişi çərçivəsində Azərbaycanın gündəlik neft hasilatı üzrə kvotası 11 min barel artacaq. Bu barədə energetika naziri Pərviz Şahbazov yazıb.
“Azərbaycan OPEC+ nazirlərinin 30-cu iclasında qəbul edilən 2022-ci ilin avqust ayında gündəlik neft hasilatının 648 min barel artırılması haqqında qərarı02 dəstəkləyib. Bu qərara əsasən, 2022-ci ilin avqust ayında neft hasilatı üzrə Azərbaycanın kvotası 11 min barel artacaq”, - Şahbazov qeyd edib.
İyul ayında Azərbaycanın gündəlik kvotası 706 min abrel təşkil edib. Beləliklə, “İnterfaks-Azərbaycan”ın hesablamalarına əsasən, avqust ayında OPEC+ sazişi çərçivəsində ölkənin neft hasilatı üzrə kvotası 717 min barel təşkil edəcək. **
N.Abbasova