Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 1-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 1-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7773 manat/1EUR səviyyəsində (iyunun 30-na 1,7771 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 1-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0312 manat/1RUB səviyyəsində (iyunun 30-na 0,0321 manat/1RUB) müəyyən edib.
İyulun 1-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0,1018 manat/1TRY səviyyəsində (iyunun 30-na 0,1023 manat/1TRY) müəyyən edilib.*
B.Rüstəmbəyov