2022-ci il iyunun 30-na Azərbaycanda pul bazasının həcmi 15 milyard 652,8 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2021-ci il dekabrın sonuna pul bazasının həcmi 17 milyard 937,6 milyon manat təşkil edib. Beləliklə, 2022-ci ilin I yarısında pul bazası 12,7% azalıb.
Cari ilin iyun ayında pul bazası 769,2 milyon manat və ya 5,2% artıb.
2021-ci ildə Azərbaycanda pul bazası 32,2% artıb.*
R.Əhmədov