2022-ci ilin yanvar-may aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $762,669 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvar-may aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($243,1 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($79,6 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında aşağıdakı şirkətlər də təmsil olunur: “Azəralüminium” MMC ($86,6 milyon), “SOCAR Polymer” MMC ($79,3 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($39,1 milyon), “Azərenerji” ASC ($34,8 milyon), “Azergold” QSC ($34,3 milyon), “Azəripək” MMC ($1,3 milyon), “Azərbaycan Hava Yolları” QSC ($969,5 min), “Naxçıvan MR Dövlət Energetika Xidməti” ($0,3 milyon) və “Azərbaycan Dəmir Yolları” QSC ($0,3 milyon).
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “Azerbaijan International Mining Company” ($40,9 milyon), “P-Aqro” MMC ($24,8 milyon), “STP Alüminium” MMC ($17 milyon), “Aqrovest” MMC ($16,5 milyon), “ZR-78 Company” MMC ($15,8 milyon), “Mors Trading” MMC ($14,5 milyon), “Baku Steel Company” QSC ($12,3 milyon), “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC ($10,6 milyon) və “AzMet” QSC ($10,6 milyon) daxildir.
Azərbaycan 2022-ci ilin yanvar-may aylarında $1,2 milyard məbləğində qeyri-neft məhsulları (2021-ci ilin 5 ayı ilə müqayisədə artım 30,9%) ixrac edib.*
N.Abbasova